Polis Bakıda ƏMƏLİYYAT keçirdi, keçmiş məhkumda odlu silah aşkarlandı

11 Fevral 2019 11:51

Bakı sakini küçədə silah-sursatla yaxalanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində baş verib.

Belə ki, Nizami rayon Polis İdarəsi əməkdaşları qəsəbə ərazisində əməliyyat keçirib. Keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Sabir Cahangirov saxlanılıb.

S. Cahangirovun əlində gəzdirdiyi torbadan 1 ədəd 7,62 kalibrli "Kalaşnikov" markalı avtomat silahı, 1 ədəd sandıqça və 5 patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az