Abşeronda taxta sexi yanıb

11 Fevral 2019 11:47

Abşeronda taxta sexi yanıb.

FHN-dən Milli.Az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 30 m² olan tikilinin (taxta sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisindəki taxta materiallar yanıb.

Bitişik tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az