Sabirabadda camaatı susuz qoyanlar tutuldu

11 Fevral 2019 12:34

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə,  fevralın 8-də Sabirabad rayon sakini Azad Soltanov Qaragüney PB-yə ərizə ilə müraciət edərək ona məxsus 1ədəd su qurğusunun oğurlanması barədə məlumat verib.

Məlumatla əlaqədar Qaragüney Polis Bölməsinin  əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayonu Qarağac kənd sakinləri Vüqar Hacıyev və Amil Ələkbərov saxlanılıblar. Ətraflarında aparılan araşdırma zamanı onların bir neçə cinayət əməlində də iştirakının olduğu müəyyən edilib.

Belə ki, onların müxtəlif vaxtlarda  ayrı-ayrı vətəndaşlara məxsus ümümilikdə 2 ədəd su qurğusu və 20 metr uzunluğunda mis naqili oğurladıqları müəyyən edilib.  Oğurladıqları su qurğularının bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Qaragüney PB-də araşdırma aparılır.
 

Pünhan Mirzə
Milli.Az