Rusiyanın müdafiə naziri Türkiyəyə səfər edəcək

11 Fevral 2019 12:54

Bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyəyə səfər edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti əsasında baş tutacaq.

İki ölkənin müdafiə nazirləri Ankarada görüşəcək. H.Akarla S.Şoyqu Suriya böhranı üzrə Soçidə keçiriləcək Türkiyə, Rusiya və İran prezidentlərinin görüşündən əvvəl bölgədəki vəziyyət müzakirə edəcəklər. 

Qeyd edək ki, fevralın 14-də Soçidə Türkiyə, Rusiya və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani arasında görüş keçiriləcək.

Milli.Az