Dünyanın ən soyuq yerləri məlum oldu

11 Fevral 2019 20:19

Dünyada ən soyuq sayılan yerlərin siyahısı açıqlanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, reytinqdə birinci yerdə Monqolustan paytaxtı Ulan-Bator qərarlaşıb.

Ulan-Batorda yanvar ayında havanın temperaturu -40 dərəcə olur.

Siyahıya həmçinin Rusiyanın istifadə etdiyi "Vostok" stansiyası (Antarktida) daxil olub. Burada yayda havanın orta temperaturu -32 dərəcə təşkil edir.

Reytinqə Verxoyansk şəhəri (Rusiya), Denali dağı (Alyaska, ABŞ), Freyzer şəhəri (Kolorado, ABŞ), Snaq kəndi (Kanada), Yakutsk şəhəri (Rusiya) və Rocera aşırımı (ABŞ) da daxil olub.  

Milli.Az