Fransalı yazıçı: “Azərbaycan qadınların cəmiyyətdə roluna görə digər müsəlman ölkələrindən fərqlənir“

11 Fevral 2019 09:34

"Azərbaycan qadınları həmişə bütün sahələrdə fəal rola malik olublar".

Milli.Az xəbır verir ki, bunu fransalı yazıçı-jurnalist Jan-Lui Quro Report-a açıqlamasında bildirib.

Yazıçı bildirib ki, peşə fəaliyyəti ilə bağlı olaraq müsəlman ölkələrinə çoxlu saylı səfərlər edib: "Azərbaycana səfərim zamanı da digər müsəlman ölkələrinə oxşar vəziyyətlə qarşılaşacağımı düşünürdüm. Gözləyirdim ki, Azərbaycan İran, Türkiyə və yaxud ərəb ölkələrinə bənzəyəcək. Lakin Azərbaycanda olarkən gördüklərim məni təəccübləndirdi. Qadınların cəmiyyətdə əhəmiyyətli rolunun, istər geyimlərində, istərsə də digər sahələrdə azad seçim sahibi olmalarının şahidi oldum. Bu xüsusiyyətinə görə Azərbaycanın digər müsəlman ölkələrindən çox fərqləndiyini gördüm". Fransalı yazıçı Azərbaycan qadınının yalnız son dövrlər deyil, əsrlər boyu cəmiyyətdə əhəmiyyətli rola malik olduğunu bildirib: "Sonradan Azərbaycan tarixi ilə yaxından maraqlanmağa başladığım zaman bu gördüklərimin yeni bir fenomen olmadığını anladım. Təbii ki, Azərbaycanın hazırkı hökuməti Azərbaycan qadınlarının hüquqlarının qorunması, onların cəmiyyətdə rolunun daha da möhkəmləndirilməsi istiqamətində çox işlər görür. Lakin tarixdə də Azərbaycanda qadınlarının cəmiyyətdə əhəmiyyətli yeri olub və hər zaman istər ədəbiyyət olsun, istər siyasət, yaxud iqtisadiyyat, onlar təşəbbüslər irəli sürüb və hər zaman fəal olublar. Bu özünəməxsus xüsusiyyəti Azərbaycanı bu gün digər müsəlman dövlətlərindən fərqləndirir və ona müstəsna xarakter bəxş edir".

Milli.Az