Ueyn Runinin ailəsi dağıla bilər: yeni məşuqə qalmaqalı - FOTO

11 Fevral 2019 13:39

İngiltərənin futbol yığmasının sabiq kapitanı, hazırda ABŞ-ın paytaxtı Vaşinqtonun "DC Yunayted" klubunun forvardı olan Ueyn Runinin ailəsi dağıla bilər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, paparassilər məşhur futbolçunu 10 saat sərasər Viki Rosiek adlı bar işçisi qadınla "istirahət"ini qeydə alıblar.

Gecə səhərədək 32 yaşlı qadınla əylənən Runi səhər saatlarına yaxın evə qayıdıb.

Olay Florida ştatındakı Kliruoter Biç şəhərində yaşanıb.

33 yaşlı Ueyn Runi ilə 32 yaşlı Viki Rosiekin birgə fotoları da çəkilib.

Futbolçunun xanımı Kolin Runi çox sinirlənib. O, uşaqları da götürərək Vaşinqtonu tərk etməyə, İngiltərəyə qayıtmağa hazırlaşır.

Milli.Az