"Üzümdə estetik əməliyyat yoxdur" deyən aktrisanın yalanı üzə çıxdı - FOTO

11 Fevral 2019 09:44

Aktrisa Buse Narcı son paylaşımı ilə bir müddət əvvəl estetik əməliyyatı ilə bağlı dediklərini yalanlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, gənc aktrisa bu yaxınlarda verilişlərdən birində üzündə heç bir estetik əməliyyat etdirmədiyini, sadəcə sinəsini böyütdüyünü söyləmişdi.

Bu gün isə Buse həkimi ilə foto paylaşaraq izləyicilərinə üzlərində etdirmək istədikləri hər hansı bir əməliyyat üçün ona müraciət etməsini məsləhət görüb.

Milli.Az