BAFTA: Britaniya ən yaxşıları seçdi - FOTO

11 Fevral 2019 10:44

Londondakı "Royal Albert Hall"da Britaniya Kino və Televiziya Sənətləri Akademiyasının (The British Academy of Film and Television Arts, BAFTA) mükafatlarının 72-ci təqdimat mərasimi keçirilib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Ən yaxşı film" nominasiyasında meksikalı rejissor Alfons kuaronun qara-ağ "Roma" filmi qalib gəlib.

Film "Ən yaxşı rejissura", "Ən yaxşı əcnəbi film" və "Ən yaxşı operator işi" nominasiyalarüında da "Bürünc maska"ya layib görülüb.

"Ən yaxşı Britaniya filmi" nominasiyasında rejissor Yorqos Lantimosun "Favorit qadın" qalib bilinib. Filmdə çəkilmiş aktrisa Oliviya Kolman "Ən yaxşı qadın rolu", Reyçel Veys isə "Arxa planda ən yaxşı qadın rolu" mükafatını alıb.

"Ən yaxşı kişi rolu" nominasiyasında qalib "Bohema rapsodiyası" filmində Freddi Merküri obrazını canlandırmış Rami Malek qalib sayılıb.

Milli.Az