ABŞ ordusunun Suriyadan çıxarılması prosesi bir neçə həftəyə başlaya bilər

11 Fevral 2019 08:52

ABŞ ordusunun Suriyadan çıxarılması prosesi bir neçə həftəyə başlaya bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərin prosesin başlama müddəti barədə sualını cavablandırarkən ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının rəhbəri Cozef Votel bildirib.

C.Votel deyib: "Ola bilsin həftələr. Lakin təkrar edim ki, hər şey yerdəki vəziyyətdən asılı olacaq. Düşünürəm ki, biz istədiyimiz müddətə prosesə başlayacağıq".

Milli.Az