Buteflik 5-ci müddət üçün namizədliyini irəli sürüb

11 Fevral 2019 08:12

Əlcəzairin hazırkı prezidenti Əbdüləziz Buteflik növbəti prezident siçkiləri üçün namizədliyini irəli sürüb.

Trend-in Əlcəzairin "APS" agentliyinə istinadən verdiyi məlumata görə, Ə.Buteflik prezident seçkilərində qalib gələcəyi təqdirdə ardıcıl 5-ci dəfə ölkənin prezidenti olacaq.

Bildirilir ki, Ə.Buteflik qalib gələcəyi təqdirdə cari il "siyasi, iqtisadi və sosial platforma yaratmaq məqsədi ilə" nümayəndə konfransı keçirmək niyyətindədir.

Qeyd edək ki, Əlcəzairdə prezident seçkiləri aprelin 18-i keçiriləcək.

Milli.Az