İran Prezidentindən yeni doğulan uşaqlara sürpriz

8 Aprel 2010 10:42
İlkin mərhələdə bu hesaba hökumət tərəfindən 1000 dollar məbləğində pul vəsaiti hədiyyə olunacaq.

Bu barədə Trend İranın IRINN xəbər kanalının rəsmi xəbər saytına istinadən məlumat yayıb.

Əhmədinejad bu gün Qərbi Azərbaycan əyalətində çıxışı zamanı bildirib ki, "İran övladlarının gələcəyinin təmini fondu" yaradılacaq və bu fond çərçivəsində pul vəsaiti uşaqların hesabına yatırılacaq.

O deyib ki, həmin vəsait sərmayə kimi istifadə olunacaq və ildə 100 dollar həmin vəsaitin üzərinə pul əlavə olunacaq. "Ailə üzvləri və valideynlər də əgər ayda 20 dollar həcmində bu hesaba pul vəsaiti yatırarsa, uşaqlar gənc yaşlarına çatarkən evlənmək, ev almaq və iş qurmaq üçün 120 min dollar məbləgində vəsait əldə edə bilərlər", - Əhmədinejad deyib.

Milli.Az