Təyyarə məcburi eniş edib

10 Fevral 2019 22:35

"Air Astana" aviaşirkətinin sərnişin təyyarəsi Belarusun paytaxtı Minskdə məcburi eniş edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Atrau - Amsterdam reysini həyata keçiriən təyyarə texniki səbəbdən məcburi eniş edib.

Bununla əlaqədar "Air Astana" aviaşirkətinin Moskva filialının nümayəndəsi Minskə gəlib. Qeyd edilir ki, sərnişinlər digər reyslərlə Amsterdama yola salınır.

Milli.Az