Qazaxıstan sülhməramlıların sayını artırmaq niyyətindədir

10 Fevral 2019 22:10

Qazaxıstan Müdafiə Nazirliyi sülhməramlı hərbçilərin sayını artırmağı planlaşdırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məqsədlə "İliyski" poliqonunda gənc hərbçilərə təlimlər keçirilir.

Qazaxıstan 2018-ci ildə ilk dəfə BMT-nin sülh və təhlükəsizliyin qorunması missiyasına qatılmaq üçün Livana 120 sülhməramlı qüvvə göndərib. Ölkə konstitusiyasına əsasən, hərbçilər problemli bölgələrə yalnız parlamentin icazəsi ilə göndərilə bilərlər.

Milli.Az