Sumqayıtda məcburi köçkünlərin evlərində yanğın olub

10 Fevral 2019 18:50

Sumqayıtda məcburi köçkünlərin evlərində yanğın baş verib.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 600 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlərin (əvvəllər məcburi köçkünlərin məskunlaşdığı, hazırda yaşayış olmayan) yanar konstruksiyaları 300 m² sahədə yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az