İranda həyat - İslam İnqilabından əvvəl və sonra - FOTO

10 Fevral 2019 16:12

1979-cu ildə şahın devrilməsi ilə nəticələnən İran İslam İnqilabı, qadınların həyatı da daxil, ölkəyə böyük yeniliklər gətirdi.

1930-cu ildə baş örtüyünü qadağan edən şah hicabları güclə yığışdırmağı əmr etdi.

1980-ci ildə icbari baş örtüyünü nəzərdə tutan geyim qaydalarına dair yeni hökumətin qərarı açıqlandı.

Milli.Az bbc.com-a istinadən bildirir ki, şəkillər İranda ruhanilərin hakimiyyətə gəlməsindən əvvəl və ondan sonrakı dövrdə qadınların həyat tərzi və geyimlərini əks etdirir.

Presentational white space

İnqilabdan əvvəl

Female students perform a test in the chemistry lab of Tehran University in 1977

Presentational white space

1977-ci il: Tehran Universitetində təhsil

İnqilabdan əvvəl ali məktəbdə təhsil alan qadınların sayı az olmasa da, bu rəqəmin inqilab ardınca əhəmiyyətli şəkildə artması baş verdi.

Yeni hakimiyyət kənd bölgələrində yaşayan ailələri qızları evdən kənarda təhsil almağın faydasına inandıra bildi.

"Qadınların universitetə getməsinin qarşısını almağa cəhd etdilər, lakin bu, elə bir sərt reaksiya doğurdu ki, onlara yenidən təhsilə qayıtmağa izn vermək məcburiyyətində qaldılar", - 1960-cı illərdə İranda yaşayan və hazırda York Universitetinin professoru işləyən Baronessa Haleh Afshar deyir.

"Təhsilli insanlardan bəziləri İranı tərk etdi. Hakimiyyət anladı ki, ölkəni idarə etmək üçün onlar həm qadın, həm də kişilərə təhsil verməlidirlər".

Women shoe shopping in Tehran in 1976

Presentational white space

1976-cı il. Tehranda "vitrin şoppinqi"

İnqilabdan əvvəl çox sayda qadın bədənə sıx oturan dar cins, qısa ətək və qolsuz bluzka kimi qərbsayağı paltar geyinərdi.

"Ayaqqabı dəyişmədi - ona həvəs hamımızda var! İranlı qadınlar dünyanın başqa yerlərində yaşayan qadınlardan fərqlənmir və alış-verişə getmək sadəcə olaraq gündəlik stressdən aralanmaq vasitəsidir", - professor Afshar deyir.

Presentational white space

A group of men and women sit having a picnic in Tehran in 1976

Presentational white space

1976-cı il. Tehranda cümə günü pikniki

Ailə və dostlar İranda həftəsonu sayılan cümə günü bir araya gəlməyə çalışır.

"Piknik İran mədəniyyətinin mühüm hissəsidir və orta sinif təbəqəsi arasında çox yayılıb.

Bu ənənə İnqilabdan sonra da dəyişməz qalır.

Fərq budur ki, hazırda bir yerdə olan qadın və kişilər daha ehtiyatlı davranır, bir-birilə ünsiyyətdə daha çox təmkin göstərirlər", - professor Afshar deyir.

Two women greet each other inside a hair salon in Tehran in 1976

Presentational white space

1977-ci il. Tehranda gözəllik salonu

"İranda belə bir mənzərəyə artıq rast gəlmək olmaz. Hərçənd, qadın gözəllik salonları İslam İnqilabından sonra da fəaliyyət göstərməkdə davam etdirir", - professor Afshar deyir.

"Hazırkı dövrdə qadın salonlarında kişi görmək mümkün deyil - qadınlar isə bayıra çıxan kimi başlarını örtür. Bəzi insanlar öz evlərində kişi və qadınların bir araya gələ biləcək gizli salonlar da açır".

Presentational white space

Bodyguards intervene when a young Iranian woman wants to talk to Shah Mohammad Reza Pahlavi who is visiting, with Queen Farah, the press centre of the Persepolis celebration in 1971

Presentational white space

1971-ci il. Mühafizəçilər şahı əhatəyə alır

İran monarxiyasının 2500-cü ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə bir qadın şah Məhəmməd Rza Pəhləviyə yaxınlaşır.

Bu, qeyri-adi hadisə şah rejiminə qarşı dindar və solçu qüvvələrin tənqidini doğurdu.

"Bu vaxtadək şahı artıq o qədər də, sevmirdilər və bəziləri hesab edirdi ki, 8 il sonra İnqilaba aparan hadisələrə, bu israf və ifratçılıq görüntülərinin təsiri də ola bilərdi", - professor Afshar izah edir.

Stylish student walks in the snow in Tehran in 1976

Presentational white space

1976-cı il. Tehranın qarlı küçəsində gəzinti

"Qadınların küçəyə çıxıb gəzməsini qadağan edə bilməzsən, lakin belə şeyi hazırda görmək mümkün deyil - onun sırğa və makiyajı açıq-aydın nəzərə çarpır", - professor Afshar deyir.

"İranda ədəb-ərkan anlayışı var - belə ki, bu gün küçədəki qadının üzərində dizə çatan uzun palto və baş örtüyünü görmək olar".

Presentational white space

İnqilabdan sonra

Women protesting against the veil in March 1979

Presentational white space

1979-cü il. Qadınların hicab əleyhinə nümayişi

Hakimiyyət başına gələndən bir qədər sonra İranın Ali Dini Rəhbəri baş örtüyünü icbari edən fərmanını təsdiqlədi.

Ayətullah Xomeyninin qərarı etiraza səbəb oldu və 8 Mart Beynəlxalq Qadınlar Günündə fərmana qarşı çıxan minlərlə qadın nümayişə qatıldı.

Presentational white space

Heavily veiled Iranian women, one whose modern sunglasses reflect slogans and the Ayatollah Khomeini's portrait, demonstrate outside of the US Embassy, 29 November 1979.

Presentational white space

1979-cu il. Tehrandakı ABŞ səfirliyi qarşısında etiraz nümayişi

ABŞ diplomatik binasına daxil olan tələbələr missiyanın onlarla əməkdaşını girovluğa aldı.

Səfirlik binası isə etirazçıların əhatəsində qalırdı.

"Bu ərəfədə ABŞ-a qarşı kəskin nifrət zəminində birləşən müxtəlif insanları görmək adi hal idi", - professor Afshar deyir.

Onun sözlərinə görə İrana təsir edib onun neftini nəzarət altına almağa cəhd edən ABŞ və Britaniyaya qarşı etimadsızlığın kökləri çox dərindir.

Presentational white space

A mullah in a white turban, holding his little daughter in black chador in his arms, talks to a man, while accompanied by his wife, also in black chador with a net mask covering her face, as they head towards Friday prayers at Tehran university, 1 February 1980

Presentational white space

1980-ci il. Ailə cümə namazına yollanır

"Cümə namazları dissident damğasından yayınmaq istəyən, hakimiyyəti dəstəkləyən və dindarları bir araya gətirir. Bu, həmrəylik anıdır", - professor Afshar deyir.

"Lakin bu, daha çox kişilərin məkanıdır. Qadınlar kişilərlə eyni otağa buraxılmır - onlar namaz üçün kişilərdən ayrı bir yerdə toplaşır".

Presentational white space

Two women wearing black chadors look at wedding dresses through glass windows in 1986

Presentational white space

1986-cı il. Tehranda gəlinlik paltarı alarkən

"Sərgilənən gəlinlik paltarlarının hamısı qərbsayağıdır. Bu, bağlı qapılar arxasında baş verirsə, qadınlar istədiyini geyinməkdə sərbəstdir", - professor Afshar deyir.

"Nikah mərasimi və qonaqlıqlar ayrı keçirilməlidir. Yəni yalnız qadın qonaqların olduğu yerdə nəyi geyindiyiniz heç bir əhəmiyyət kəsb etmir.

Lakin kişi və qadınların iştirakı ilə qarışıq qonaqlıqlar da keçirilməkdədir. Bunun üçün ya qapıya gözətçi qoyulur, ya da polis görməzdən gəlsin deyə ona pul ödənilir".

Presentational white space

Iranian women in veils walk outside a shopping centre in Tehran on 2 June 2005

Presentational white space

2005-ci il. Tehranda seyr edərkən

Üzdən savayı bütün bədəni örtən geyim olan çadırı heç də hamı seçmir. Bir çox qadın baş örtüyü və ya uzun geyimə üstünlük verir.

"Məsələ budur ki, örtüyünü başından nə qədər geriyə çəkirsən? Qadınların müqaviməti özünəməxsus yolla ifadə edir və tez-tez örtüyü mümkün qədər arxaya çəkməyə cəhd edirlər", - professor Afshar deyir.

Presentational white space

Women paddle in the sea fully-clothed while a man in swimming pants rests on the sand on 10 July 2005

Presentational white space

2015-ci il. Xəzər dənizi sahilində çimərlik

İran qadınlarına ictimai yerlərdə çimməyə icazə verilmir.

"Kişi və qadınların bir yerdə üzməyi qadağan olunur.

Lakin onlar bu qadağadanı yan keçmək məqsədilə gəmilə sahildən uzaqlaşırlar ki, bərabər üzə bilsinlər", - professor Afshar deyir.

Presentational white space

Dozens of women in black shadows with their back to the camera, expect for one little girl held in her mothers arms in a colourful headscarf in April 2006

Presentational white space

2006-cı il. Hicaba dəstək nümayişi

İran İslam İnqilabdan 25 il keçmiş Tehranda toplaşan qadınlar icbari hicab qaydasının pozulması hallarına qarşı etiraz nümayişinə qatılır.

Onlar hesab edirlər ki, hakimiyyət qaydaya riayəti təmin edə bilməyib. Balaca qızın istisnası ilə hamı başdan topuğacan bədəni örtən çadradadır.

Presentational white space

Iranian women in veils watch a football match from a nearby shopping mall in Tehran on 10 October 2008

Presentational white space

2008-ci il. Tehranın ticarət mərkəzindən futbol izlənilir

Rəsmi olaraq qadınlar üçün kişilərin oynadığı matçı izləmək qadağan deyil.

Lakin onlar bir çox hallarda stadiona buraxılmır, buna cəhd edənlər arasında isə həbsə alınanlar var.

İnqilabdan əvvəl qadınların idman tədbirlərinə girişi sərbəst idi.

Milli.Az