Messi “Atletik”ə qarşı oynayacaq? - Valverde açıqladı

10 Fevral 2019 15:38

"Barselona"nın baş məşqçisi Ernesto Valverde, La Liqanın 23-cü turu çərçivəsində "Atletik"lə qaşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, İspaniyanın "As" nəşrinə danışan Valverde, Lionel Messinin bu oyunda iştirak etməsinin özünə bağlı olduğunu deyib:

"Hələ qərar verməmişəm. Messiylə bağlı risk etmək istəmirəm. Özünü yüz faiz hazır hiss edəcəksə, oynayacaq. Bu, ondan asılıdır. Özünü yaxşı hiss etməsə, başqa yollar axtaracam".

"Atletik" - "Barselona" matçı bu gün, saat 23:45-də start götürəcək.

Milli.Az