Facebook LOL-dan imtina etdi

12 Fevral 2019 08:21

Facebook şirkəti yeniyetmələr üçün nəzərdə tutulmuş və özündə internet memləri ilə videoları birləşdirən LOL adlı sosial şəbəkənin istifadəyə verilməsi ideyasından imtina etdi. Bu barədə Recode saytı xəbər verib. Beləliklə bu sosial şəbəkə üzərində çalışmış yüzdən çox əməkdaş şirkətin digər layihələrinə yönləndiriləcəklər. Məlumata əsasən onlardan bir hissəi Messenger Kids tətbiqi üzərində çalışacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, bu tətbiq 13 yaşından aşağı şəxslərijn öz aralarında ünsiyyət qurmaları üçün nəzərdə tutulub. Məlumatda qeyd edilib ki, LOL adlı sosial şəbəkənin beta test dövründə onun 100-ə yaxın istifadəçisi olub. Qeyd etmək lazımdır ki, son illərdə Facebook şirkəti öz yeniyetmə istifadəçilərini itirməkdədir. Cavan istifadəçi kütləsini əldə saxlamaq üçün Facebook şirkəti 2016-cı ildə çoxlu sayda əməkdaşdan ibarət xüsusi qrup yaratdı. Həmin qrupun əsas məqsədi isə yeniyetmə istifadəçi kütləsi üçün müxtəlif məhsulların hazırlanmasıdır.

Milli.Az