Lotereyada milyonlar uddu

10 Fevral 2019 13:22

lmaniyanın Reynland-Pfals federal ərazisinin sakini Eurojackpot lotereyasında 63,2 milyon avro udub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə lotereya şirkəti məlumat yayıb.Qalibin kimliyi barədə ətraflı məlumat verilmir. Məlumdur ki, qalib lotereyanın beş əsas rəqəmi, həmçinin iki əlavə rəqəmi tapıb.

"Eurojackpot" lotereyası 2012-ci ildən Avropa İttifaqı ölkələrinin əksəriyyətində keçirilir. Uduşlu rəqəmlər Helsinkidə həftənin cümə günləri elan olunur.

Milli.Az