Hadiseni əsəbiləşdirən mesaj: "Murad və Aslının arasına girmə"

10 Fevral 2019 12:42

Müğənni Hadisə sosial media hesabındakı paylaşımı ilə gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, izləyicilərindən biri sənətçiyə "Sənə nifrət edirəm. Daha bəsdir. Murad və Aslının arasına girmə" sözlərini yazıb.

Bu sözlərə əsəbiləşən ifaçı İnstaqram hesabının hekayə hissəsində izləyicisinə belə cavab ünvanlayıb:

"Adını gizləyirəm. Əminəm ki, anan və atan bu mesajı görsə, utanar. Sosial mediada niyə balaca uşaqların hesabı var? Bir az diqqətli olmalıyıq. 

Mövzu uzundur. Son dəfə yazıram. Murad mənim dostumdur. Aslını da çox sevirəm. Öz-özünüzə xəyallar qurmayın, uşaqlar. Bəsdir. Hörmətiniz olsun. Heç kimə özümüzü sübut etməyə məcbur deyilik.

Amma bu tip mesajlar görəndə həqiqətən təəccüblənir və sizin yerinizə utanırıq"

Milli.Az