"Kor deyilik, problemləri görürük" - Klopp

10 Fevral 2019 12:20

"Liverpool"un baş məşqçisi Yürgen Klopp İngiltərə Premyer Liqasında çempionluq yarışı haqda danışıb.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, Klopp, son günə qədər mübarizə aparacaqlarını deyib:

"Çətin yarış olacağını bilirdim və hazırda belədir. Çempion olmaq istəyirsənsə, son günə qədər mübarizə aparmalısan. Bu yarışın içərisində olmaq qürurvericidir. Yarış indi daha çox qızışır, kəmərlərinizi bağlayın.

Son matçlarda oyun keyfiyyətimizin aşağı düşdüyünü bilirəm. Bunu dəyişdirməliyik. Kor deyilik, problemləri görürük. Ancaq insanların qabartdığı qədər də, problemimiz yoxdur".

Qeyd edək ki, "Liverpool" 65 xalla turnir cədvəlində ilk pilləni tutur.

Milli.Az