Yaponiyada zəlzələ

10 Fevral 2019 10:46

Fevralın 10-da Yaponiyanın cənub-qərbində, Okinava prefekturası ərazisində 5,1 bal gücündə zəlzələ baş verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, zəlzələnin episentri Ryukyu adaları rayonunda, ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Milli.Az