"Real"ın ulduzundan biabırçı hərəkət - FOTO

10 Fevral 2019 10:36

"Real"ın forvardı Qaret Beyl İspaniya çempionatının 23-cü tur oyununda "Atletiko"nun qapısına vurduğu qolu (3:1) qeyri-etik şəkildə qeyd edib.

Milli.Az Report-a istinadən xəbər verir ki, uelsli matçda rəqib qapısına vurulan üçüncü qolun müəllifi olub.

Beyl matçın 74-cü dəqiqəsində Luka Modriçin ötürməsini dəqiq zərbə ilə qapının uzaq küncünə göndərib. Futbolçu rəqib qapısına yol tapmasını, birmənalı olmayan əl hərəkəti ilə təsvir edib.

Bu, uelslinin "Real"ın heyətində 100-cü qolu olub.

Milli.Az