Donuzlar qadını diri-diri yedi

10 Fevral 2019 10:13

Rusiyada 56 yaşlı kəndli qadını donuzlar yeyib.

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, hadisə Rusiyanın Udmurtiya Respublikasında baş verib. Kəndli qadın saxladığı donuzlara yem verərkən onların hücumuna məruz qalıb. Hücumdan sonra qadın çoxlu qan itirib və ölüb.

Polis, donuzların yaşlı qadının üz, çiyin və qulaqlarını yediyini açıqlayıb.

Qadını xəstəxanaya aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az