Türkiyədən uyğurlara müdafiə bəyanatı

9 Fevral 2019 23:42

"Çinlilərin uyğur türklərinə qarşı sistemli şəkildə assimilyasiya siyasəti böyük utancdır. Çini uyğur türklərinin insan haqlarına hörmət etməyə və düşərgələri bağlamağa dəvət edirik".

Milli.Az modern.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Bəyanatda Çin hökumətinin məsələni diqqət mərkəzində saxlanılması istənilir.

Qeyd edək ki, Çin hökuməti əksəriyyəti uyğur türklərindən ibarət olan 23 milyon müsəlman Kommunist Partiyasına sadiq çinlilərin yetişməsi üçün kurs mərkəzləri yaradıb.

Milli.Az