"Liverpul" yenidən vahid lider oldu

9 Fevral 2019 20:51

"Liverpul" İngiltərə Premyer Liqasında növbəti oyununa çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komanda 26-cı turda "Bornmut"u qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.

"Liverpul" - "Bornmut" - 3:0
Qollar:
 Mane, 24, Viynaldum, 34, Salah, 48

Bu qələbə ilə xalını 65-ə çatdıran Yürgen Kloppun komandası yenidən vahid lider olub. "Mançester Siti" 62 xalla 2-ci, "Tottenhem" 57 xalla 3-cüdür.

Milli.Az