Azərbaycanın “tanımadığımız” tanınmış modelləri - FOTO

9 Fevral 2019 20:38

Fyodor Dostoyevski deyirdi ki, dünyanı gözəllik xilas edəcək. Baxmayaraq ki, yazıçı təkcə sözün müstəqim mənasını nəzərdə tutmamışdı, bu gün onun deyimi insanın gözü qarşısında füsunkar qadın silueti canlandırır.

Ölkəmizdə xanımlar arasında tez-tez müxtəlif gözəllik və model yarışmaları keçirilir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kimi bu müsabiqələrdə böyüyüb, uğur qazanaraq, ölkəmizi xaricdə təmsil edir, kimi isə uğursuzluğa düçar olub, modellik biznesi ilə həmişəlik vidalaşır.

Azərbaycanı müxtəlif beynəlxalq gözəllik müsabiqələrində uğurla təmsil edən 47 yaşlı "Miss Milenium", "The image of GLOBE Award" və "Miss Press" titullarına sahib olan Valida Abbasova uzun müddətdir ki, Azərbaycanda yaşamır. O, qızı Kamilla Məmmədzadə ilə birlikdə İsveçrəyə köçüb. Səbəb isə qızının orada təhsil almasıdır.

Vаlidə Abbasova "Instagram" hesabında aktivlik nümayiş etdirərək, izləyicilərini paylaşımları ilə təəcübləndirir.

Bir neçə gün əvvəl Validə sosial mediada Bakıya gəlməsi ilə bağlı paylaşımla gündəm yaradıb. O, atası və qızı Kamilla ilə bir araya gələrək həmin anları sosial şəbəkələrdə paylaşıb.

Model olmaq üçün təkcə gözəllik yetərli deyil. Bunun üçün həm də bədən ölçüləri dünya modellik standartlarına uyğun olmalıdır. Model Nurida Əliyevanı görənlərin, bəlkə də, ağlına belə gəlməz ki, o, uzun illər artıq çəkidən əziyyət çəkib.

Ciddi pəhrizlər və idman zalında mütəmadi məşqlər sayəsində Nurida arıqlayaraq ideal çəkiyə və bədənə sahib olub.

"Mənə saat 18:00-dan sonra milyard da versələr, yemək yemirəm", - deyib.

Seksual bədən quruluşunu nümayış etdirən Nurida izləyicilərini ehtiraslı fotosessiyaları ilə mat qoyur.

Hazırda o, modellik karyerası ilə yanaşı, psixologiya elmi ilə məşğul olur. Vaxtının çoxunu isə mütaliə və yoqa ilə keçirir.

Sosial mediada qalmaqallı fotoları ilə gündəmin altını üstünə çevirən digər tanınmış model isə Səmra Hüseynovadır.

Səmra "Miss Azerbaijan" və "Miss Eurovision" yarışmalarının qalibi olub. O, Bakı ilə İstanbulu su yoluna çevirərək, həm ölkəmizdə, həm də Türkiyənin döyünən ürəyi İstanbulda modellik fəaliyyəti ilə məşğul olur.

Səmra "Instagram" səhifəsində bütün çərçivələri sındıraraq, hətta alt paltarsız fotolar çəkdirir. Model onu qınayanlara heç bir reaksiya vermir.

Artıq uzun müddətdir Türkiyəyə köçüb orada fəaliyyət göstərən 33 yaşlı Günay Musayeva hazırda ən yüksək qonorar alan azərbaycanlı modellər sırasındadır.

Musayeva Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirsə də, yollar onu modelliyə aparır və bu istiqamətdə böyük nailiyyətlər əldə edir.

2011-ci ilin avqust ayının sonlarında Türkiyənin məşhur aktyorlarından olan Tolqa Karel ilə ailə qurub. 2015-ci ilin avqust ayında isə onlar qalmaqallı şəkildə boşanıb. Cütlüyün bu evlilikdən Cahangir adlı övladı var.

Son günlər Günayın dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayılla həm işləməsi, həm də vaxt keçirməsi şayiələrə yol açıb. Deyilənə görə, iki məşhur eşq yaşayır.

Musayeva iştirak etdiyi dəb gecələrində geyindiyi açıq-saçıq libasları ilə gündəm yaratmağı bacarır.

Elə bir model də var ki, o, həmkarlarından çəkisinə və vücuduna görə çox fərqlənir. Onu görənlər isə heyrətini gizlədə bilmirlər. Söhbət Rusiyada dünyaya göz açan azərbaycanlı fitnes-model Bahar Nəbiyevadan gedir.
Fitnes-model məşhurluğu əzələləri sayəsində qazanıb. B.Nəbiyeva sosial şəbəkələrdə Azərbaycan və Ukrayna əsilli olduğunu vurğulayır. Baharın "Instagram" hesabının 2,3 milyon izləyicisi var.

Nəbiyeva sosial şəbəkədə videolarını paylaşmaqla rekord sayda izləyici qazanıb, bunun nəticəsində isə onun adı və şəkilləri yerli KİV-də peyda olub.

Milli.Az