"Deviçə cəza verməyi düşünmürəm" - Elşad Əhmədov

9 Fevral 2019 19:36

"Belə oyun barədə danışılası çox şey var. İkinci görüşdür ki, qırmızı vərəqə alırıq. Amma bunun intizamsızlqdan irəli gəldiyini deməzdim".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının 16-cı turunda "Qəbələ"yə  0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat  konfransında deyib.

O, azlıqda qalmaqlarına baxmayaraq, rəqibə qarşı yaxşı müqavimət göstərdiklərini bildirib: "Deviçin ikinci sarı vərəqə aldığı epizod barədə dəqiq bir söz deyə bilmərəm. Onun kimi peşəkar futbolçunun Azərbaycanda olması qürurvericidir. Hansısa cəza verməyi düşünmürəm".

E.Əhmədov "transfer pəncərəsi" bağlansa da , azad agent statusu daşıyan hücumçu axtardıqlarını da vurğulayıb.

Milli.Az