"Mançester Yunayted"dən növbəti qələbə

9 Fevral 2019 19:34

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Mançester təmsilçisi 26-cı turda səfərdə "Fulhem"lə qarşılaşıb və 3:0 hesabı  ilə qalib gəlib.

"Fulhem" - "Mançester Yunayted" - 0:3
Qollar:
 Poqba, 14, Martial, 23, Poqba, 65-pen

Bu qələbə ilə  xalını 51-ə çatdıran Ole-Qunnar Sulşerin komandası  turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Komanda norveçli mütəxəssisin rəhbərliyi altında 9 liqa matçında 8 qələbə qazanıb, 1 heç-heçə edib.

Qeyd edək ki, "Mançester Siti" (26 oyun) və  "Liverpul" (25 oyun) hərəyə 62 xalla 1-2-ci pillələri bölüşdürür. "Tottenhem" 57 xalla 3-cüdür.

Milli.Az