Ozobiçin vurduğu top toru yırtdı

9 Fevral 2019 19:32

Topaz Premyer Liqanın 16-cı turunda hazırda davam  edən "Sumqayıt" - "Qarabağ" oyununda kuryoz qol qeydə alınıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubunun yarımmüdafiəçisi Filip Ozobiçin zərbəsindən sonra top qapı torunu deşərək kənara çıxıb. Matçın baş hakimi Orxan Məmmədov əvvəlcə qolu saymasa da,
"Qarabağ" futbolçularının etirazından sonra qərarını dəyişib.

O, yan xətt hakimi ilə məsləhətləşdikdən sonra qolu qeydə alıb.

Milli.Az