10 otaqlı evdə yanğın

9 Fevral 2019 18:53

Masallıda 10 otaqlı evdə yanğın olub.

FHN-dən Milli.Az-a verilən məlumata görə, rayonun Boradigah qəsəbəsində ümumi sahəsi 424 m² olan (hər mərtəbəsi 212 m²) ikimərtəbəli 10 otaqlı evin 2-ci mərtəbəsində 6 otağın yanar konstruksiyaları və dam örtüyü 212 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az