Bakıda 19 dilənçi saxlanıldı: 9-u azyaşlıdır

9 Fevral 2019 18:20

Bakıda 19 dilənçi saxlanılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisində avara və dilənçiliklə məşğul olan 19 nəfər, o cümlədən 4 kişi, 6 qadın və 9 azyaşlı saxlanılıb və barələrində protokol tərtib edilib.

Milli.Az