İlham Əliyev Yaqub Mahmudovla bağlı sərəncam imzaladı

9 Fevral 2019 16:34

Azərbaycan Prezidenti İlham Əliyev Y.M.Mahmudovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Yaqub Mikayıl oğlu Mahmudov 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.

Milli.Az