Azərbaycanda yüksək vəzifəli məmur xəstəxanda vəfat etdi

9 Fevral 2019 15:45

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini Şükür Mehdiyev vəfat edib.

Milli.Az report-a istinadən bildirir ki, Ş.Mehdiyev müalicə aldığı Gəncə Beynəlxalq Xəstəxanasında dünyasını dəyişib.

DİN-in mətbuat xidmətindən report-a faktı təsdiqləyiblər.

Xatırladaq ki, Ş.Mehdiyev DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə 2015-ci ildə təyin edilmişdi. O, əvvəllər Şəmkir Rayon Polis İdarəsinin rəisi işləyib. 

Milli.Az