"Xəzər Lənkəran" hazırlıqlara start verdi

8 Aprel 2010 10:34
Lənkəran şəhər mərkəzi stadionunun ehtiyat meydançasında gündə iki dəfə hazırlıq keçən cənub təmsilçisi aprelin 9-da Bakıya gələcək. "Xəzər Lənkəran"ın elə həmin gün oyunun keçiriləcəyi T.Bəhramov adına Respublika stadionunda məşq edəcəyi bildirilir.

Xatırladaq ki, Unibank Premyer Liqasının XXVII turunun "Bakı" - "Xəzər Lənkəran" oyunu bazar günü aprelin 11-də keçiriləcək. T.Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşmanın başlama saatı 16:00-dır.

/Qol.az/