Gəncədə yük maşını ilə minik avtomobili toqquşdu: xəsarət alanlar var - FOTO

9 Fevral 2019 14:50

Gəncə şəhərində 2 avtomobil toqquşub.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" markalı avtomobillə "Ford Tranzit" markalı avtomobil toqquşub. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunublar. Qəza nəticəsində xəsarət alanlar olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az