"Barselona"da ciddi itki - 1 ay oynamayacaq

9 Fevral 2019 15:55

"Barselona"nın futbolçusu Artur zədələnib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Bu isə o deməkdir ki, Artur La Liqada "Valyadolid", "Sevilya, İspaniya kubokunun yarımfinalında "Real Madrid" və Çempionlar Liqasının 1/8 finalında "Lion"la oyunları buraxacaq.

Braziliyalı oyunçunun ölkə çemponatında martın 2-i "Real Madrid"ə qarşı keçiriləcək görüşdə iştirak edib-etməyəcəyi isə hələlik məlum deyil.

Milli.Az