“Sihirli annem”in balaca ulduzları 16 il sonra birlikdə - FOTO

9 Fevral 2019 16:16

2003-cü ildə "Sihirli annem" serialında uşaq obrazları canlandıran Zeynep Özkaya (Çilek), Cennifer Boyner (Toprak) və Gizem Güven (Ceren) ötən gün İstanbulun Nişantaşı bölgəsində görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, jurnalistlərin "16 ildir bu dostluğu necə qoruya bilmisiniz" sualına Gizem "Biz serialda bacıları canlandırırdıq, amma həyatda da bacı kimi idi. Bir-birimizdən heç qopmadıq. İndi isə "Youtube" layihəmiz var, orada birlikdəyik. Qan bağımız olmasa da, can bağımız var. Ümid edirəm ki, həmişə belə olacaq" cavabını verib.

Milli.Az