Brendlərin irqçilik səhvləri - FOTO

10 Fevral 2019 07:00

"Gucci" brendi yenə dünyanın diqqətini öz üzərinə çəkməyə nail olub. Amma bu dəfə yeni kolleksiyanın yaradıcıları "Gucci" sevənlərin hiddətinə səbəb olublar. Belə ki, yun qara sviterin boğazındakı dodaq yarığı rasizmin bariz nümunəsi hesab edilib. Sosial şəbəkə istifadəçilərinin qaradərililərə qarşı irqi təhqir iddiasından sonra brend rəhbərliyi "Gucci"nin rəsmi səhifəsində açıqlama yayımladı. Açıqlamada deyilib ki, həmin qara sviter dərhal satışdan çıxarılacaq və bu hal komanda üçün unudulmaz həyat dərsi olacaq.

Milli.Az xəbər verir ki, "Gucci"dən əvvəl "Prada" brendi də oxşar qalmaqalla rastlaşmışdı. Belə ki, Pradamalia kolleksiyasındakı Otto Toto adlı meymun fiquru irqçiliyə işarə kimi dəyərləndirilmişdi.

Xatırladaq ki, bu payız "Dolce & Gabbana" şirkəti rasizmdə günahlandırıldı. Odur ki, brend Şanxaydakı şounu ləğv etmək məcburiyyətində qaldı. Səbəb isə çinli qızın pizza, kanolli və spagettini taxta çubuqla yeməyə cəhd etdiyi reklam çarxı idi. Reklam Çin mədəniyyəti üçün təhqir hesab edilərək, bir müddət ölkədə brendin satışına qadağa qoyuldu. (publika.az)

Milli.Az