Şabrandakı təbiət incisi, donmuş Əmbil gölünə FOTOSƏYAHƏT

13 Fevral 2019 22:02

Şabran rayonu ərazisindəki Əmbil gölü son illər ekoturizm həvəskarlarının ən sevimli səyahət məkanlarından birinə çevrilib.

Rayon mərkəzindən 35 kilometr məsafədə, Zeyvə kəndi yaxınlığındakı kiçik göl yayda, həm də qış aylarında əsrarəngiz gözəlliyi ilə təbiətsevərləri özünə cəlb edir. Yay aylarında gölün suyu təmiz və şəffaf olur.

Diametri təxminən 150 metr olan gölün ətrafı sıx meşələrlə örtülüdür. Dəniz səviyyəsindən 927 metr yüksəklikdə yerləşən Əmbil gölünün qış aylarında donması bu təbiət incisinə əlavə gözəllik qatır.

Milli.Az AZƏRTAC-a istinadən fotoqraf İradə Qədirovanın Əmbil gölünə ekskursiya zamanı çəkdiyi fotoları təqdim edir.

Milli.Az