"İnsanlar dindar olduğumu düşünür" - Castin Biber - FOTO

9 Fevral 2019 17:11

Ötən il ailə həyatı quran CastinHeyli Biber cütlüyü "Vogue" dərgisinə müsahibə verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlük cəsur pozları ilə yanaşı, səmimi açıqlamalar ilə də diqqət çəkib.

22 yaşlı Heyli "Sağlam bir münasibət üçün əlimdən gələni edirəm. Biz öyrənməyə çalışan iki gəncik. Bilirəm ki, bizim üçün hər şey həmişə çətin olacaq. Castinlə bir kilsədə qarşılaşdıq, sonra isə dostluğumuz başladı. Bir müddət sevgili olduq, daha sonra isə evləndik" deyib.

Castin isə kilsəyə getsə də, dindar olmadığını söyləyib:

"Kilsəyə getdiyimə görə insanlar dindar olduğumu düşünür. Bu mövzuda həssasam. İnsanlara güvənməkdə çətinlik çəkirəm. İstifadə edildiyimi düşünürəm və bu da özgüvənimi zədələyir".

Milli.Az