ABŞ admiralı Rusiyaya “hücuma keçməyə” çağırdı

9 Fevral 2019 12:21

ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi-dəniz əməliyyatlarının komandanı, admiral Con Riçardson Amerika hakimiyyətini Rusiyaya "hücuma keçməyə" çağırıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "Business İnsider" yazır.

Məlumata görə, admiral bu barədə Atlantik Şurasında çıxışı zamanı deyib. NATO-nun keçmiş baş katibi Aleksandr Verşbou Riçardsondan Rusiyanın əsas dəniz yollarını ələ keçirməsinə qarşı ABŞ-ın nə edə biləcəyi haqda soruşub. "Biz birinci zərbə endirməliyik", - Riçardson bildirib.

Admiral deyib ki, Amerika tərəfi təkcə Rusiya və Çin kimi ölkələrin addımlarına necə cavab vermək barədə düşünməli deyil, özü birinci təzyiq etməlidir. Onun sözlərinə görə, rusları ABŞ-ın "birinci addımlarına" cavab verməyə məcbur etmək lazımdır.

"Zərbəni birinci endirməyin vaxtı çatıb. Vaxtaşırı olaraq şahmat taxtasının ağ tərəfində oynamaq üstünlüyə çevrilir", - o bildirib. Riçardson təsdiq edib ki, Rusiya Azov dənizini blokadaya alıb və Şərqi Aralıq dənizində hərbi iştirakını artırıb.

Milli.Az