Ermənistan parlamentinin sədri Azərbaycan ərazisinə keçdi

9 Fevral 2019 12:15

Ermənistan parlamentinin sədri Ararat Mirzoyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gedib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 8-10 fevral tarixlərindəki səfər çərçivəsində Qarabağ separatçılarının lideri Bako Saakyan, özünü qanunsuz rejimin təmsilçisi kimi təqdim edən Aşot Qulyan, həmçinin qondarma Dağlıq Qarabağda separatçı qurumun parlamentindəki fraksiya rəhbərləri, komitə nümayəndələri və və deputatlarla görüşəcək.

Milli.Az