ABŞ-da Devid Bekhemin heykəli qoyulacaq

9 Fevral 2019 17:24

ABŞ-ın "Los-Anceles Qelaksi" klubu sabiq futbolçusu Devid Bekhemə heykəl qoyacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, 44 yaşlı veteran yarımmüdafiəçinin abidəsi Kaliforniyada, komandanın ev oyunlarını keçirdiyi "StubHub Center" arenasının girişində olacaq.

Qeyd edək ki, İngiltərə millisinin də sabiq futbolçusu olan D.Bekhem 2007-2012-ci illərdə Los-Anceles Qelaksi"nin heyətində 122 oyuna çıxıb və 19 qol vurub. O, karyerası ərzində vətənində "Mançester Yunayted", İspaniyanın "Real Madrid", İtaliyanın "Milan" və Fransanın PSJ klublarının da formasını geyinib. 

Milli.Az