Ali Sunal azərbaycanlı həyat yoldaşı ilə tətildə - FOTO

9 Fevral 2019 17:45

Kemal Sunalın oğlu, aktyor Ali Sunal azərbaycanlı həyat yoldaşı Nazlı Qurbanzadə ilə görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Uludağa tətilə yollanan cütlük qarın keyfini çıxarıb.

Ali Sunalın Nazlının əlini buraxmaması da obyektivlərdən yayınmayıb.

Qeyd edək ki, Nazlı Qurbanzadə Türkiyədə daha çox yuxarı təbəqənin tanıdığı Bülənt Qurbanzadənin qızıdır.

O, 2010-cu ildə hüquq fakültəsini bitirdikdən sonra təhsilini "Paris Summer University"də davam etdirib. Dörd ildir eyni qurumda əməliyyat direktoru olaraq çalışan Nazlı Qurbanzadə "Müasir və Azad Yardımlaşma Dərnəyi"ndə layihələr üzrə dəstəkçidir.

Milli.Az