15:16
Biləsuvar rayonunda intihar hadisəsi baş verib.
Milli.Az report-a istinadən bildirir ki, hadisə rayonun Çinarlı kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 2004-cü il təvəllüdlü Asəf Xeyrulla oğlu Həsənov özünü qonşunun bağında ağacdan asaraq, intihar edib. Yaxınları onun meyitini səhər saat 6 radələrində aşkar ediblər.
İntihara ilkin səbəb kimi Asəfi atasının danlaması göstərilir.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, A.Həsənov Çinarlı kənd tam orta məktəbinin 9-cu sinifdə təhsil alırmış.
----------
10:58
16 yaşlı gənc özünü asaraq intihar edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında Biləsuvar rayon Çinarlı kəndində baş verib.
Kənd sakini 2003-cü il təvəllüdlü Həsənov Asəf Xeyrulla oğlu qonşusunun həyətyanı sahəsində yerləşən bağında özünü ağacdan asıb.
Milli.Az