"Real" Kyezanı istəyir

9 Fevral 2019 18:14

"Fiorentina"nın yarımmüdafiəçisi Federiko Kyeza klubunu dəyişə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italiyalı Madrid "Real"ının hədəfinə düşüb. "Fiorentina" 21 yaşlı futbolçu üçün 60 milyon avro tələb edir. "Kral klubu" qiymət məsələsində razılığa gələcəyini bildirib.

Əvvəllər Kyezanın "İnter", "Babariya", "Yuventus" və "Mançester Siti"nin hədəfində olduğu deyilirdi.

Yarımmüdafiəçi cari mövsüm A seriyasında 22 oyunda 5 qol vurub, 6 qol ötürməsi verib.

Milli.Az