İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb

9 Fevral 2019 15:26

15:26

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Milli.Az bildirir ki, bu barədə "Report" RT-ya istinadən xəbər verir.

Türkiyənin səhiyyə naziri Fahrettin Kocu bildirib ki, xilasedicilər çökən binanın dağıntıları altında 14 nəfərin çıxarılmasına nail olublar.

Qeyd edək ki, fevralın 6-da İstanbulda çoxmərtəbəli bina çöküb. Dağıntılar altından iki gün sonra sağ qalan yeniyetmə çıxarılıb.

----------
09:07

Türkiyənin İstanbul şəhərində 8 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 16 nəfər çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

S.Soylu deyib: "Bizim sizə verdiyimiz son məlutlarda 14 nəfər öldüyü, 14 nəfərin isə xilas edildiyi bildirilirdi. Lakin daha sonra dağıntılar altında daha 2 nəfərin cəsədi çıxarılıb - Şevval Yıldız və Eylül Dərvişoğlunun".

Qeyd edək ki, daha öncə İstanbulun qubernatoru Əli Yerlikaya bildirib ki, binanın əlavə 3 mərtəbəsi qeyri-qanuni tikilib. Ə.Yerlikaya xilasetmə əməliyyatlarının aparıldığı rayonda sakitçiliyə riayət etməyə və xilasedicilərə mane olmamağa səsləyib.

Onun sözlərinə görə, bina ümumilikdə 43 nəfər qeydiyyatda olub.

Xatırladaq ki, fevralın 6-sı İstanbul şəhərinin Kartal rayonunda 8 mərtəbəli bina çöküb.

Milli.Az