Olimpiadanın medalları köhnə telefonlardan hazırlanacaq

9 Fevral 2019 07:05

Tokio-2020 Yay Olimpiadasının Təşkilat Komitəsinin təşəbbüsü ilə 50 tonadək köhnə telefon, videokamera və noutbuk yığılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məqsəd həmin qurğulardan çıxarılacaq qiymətli metallardan medallar hazırlamaqdır.

Bildirilir ki, artıq 100 faiz bürünc, 85 faiz gümüş və 94 faiz qızıl əldə olunub.

Köhnə smartfon, noutbuk və videokameraların yığılması üçün iki il vaxt tələb olunub. Bu məqsədlə ölkə üzrə 4 minədək qəbul məntəqəsi açılıb.

Milli.Az