Surroqat ana məşhur aparıcı üçün uşaq dünyaya gətirdi

7 Fevral 2019 20:37

50 yaşlı aparıcı Andi Cohen ata olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onun oğlu dünyaya gəlib. Cohen bu barədə sosial media hesabında məlumat yayıb. 

Aparıcı "Babam Ben Allenin adını daşıyır. Hisslərimi sözlərlə ifadə edə bilmirəm. Artıq atayam" sözlərini yazıb. 

Qeyd edək ki, o, surroqat ana vasitəsi ilə ata olub.

Milli.Az